"Qəbələ"də ilk ayrılıq

11:50 17 May 2018

“Qəbələ” hollandiyalı futbolçu Dion Malon ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

 

2017-ci yayından komandada çıxış edən legioner 2017-2018-ci illər mövsümündə “Qəbələ”nin şərəfini qoruyub. Dion “qırmızı-qara” formada çıxış etdiyi müddət ərzində 21 oyun keçirib. Topaz Premyer Liqasında 18 matça çıxan hollandiyalı UEFA Avropa Liqasında 3 oyunda iştirak edib.


Xəbər xətti