"İnter" türk futbolçunu hədəfə aldı

15:23 17 May 2018

“İnter” “Mançester Siti”nin futbolçusu İlkay Gündoğanın xidmətində maraqlıdı.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Xəbərdə “neradzurra”nın türk əsilli almaniyalı futbolçunun xidmətində maraqlı olduğu qeyd edilib.

 

Ancaq Gündoğanın “İnter”ə keçidi Milan təmsilçisinin Çempionlar Liqasına vəsiqə qazanmasından asılıdı. Belə ki, A Seriyasının son turunda səfərdə “Latsio” ilə üz-üzə gələcək “göy-qaralar” Romadan 3 xalla qayıtsa, qitənin ən nüfuzlu klub turnirinə qatılma şansı əldə edəcək ki, bu da, Almaniya millisinin üzvünün kluba keçidinə kömək olacaq.


Digər xəbərlər

Xəbər xətti