Buffonun "Yuventus" macərası başa çatır - Özü açıqladı

16:30 17 May 2018

Canluici Buffonun mövsümün sonunda "Yuventus"dan ayrılacağı dəqiqləşib.

Sportarena.az xəbər verir ki, bu barədə təcrübəli qolkiper keçirdiyi mətbuat konfransında məlumat verib. Turin klubunun kapitanı bildirib ki, həftəsonu "Verona" ilə matç onun "Yuventus" forması ilə sonuncu oyunu olacaq:
 

"Şənbə günü "Yuventus"da son oyunuma çıxacam. Gözəl bir macəranı başa çatdırmağın ən yaxşı məqamdır. Həm meydanda, həm də meydandan kənarda bir neçə maraqlı təklif almışam. Gələn həftə, hər kəs sakitləşəndən sonra mənim üçün ən yaxşısının hansı olduğuna qərar verəcəm. İndidən gələcəkdə harada olacağımı təxmin etməyin heç bir mənası yoxdur".
 

Qeyd edək ki, Buffon 2001-ci ildən "Yuventus"un şərəfini qoruyur.


Digər xəbərlər

Xəbər xətti