"Qarabağ"ın futbolçuları Qarabağ bölgəsində hərbçilərlə görüşdü - FOTOLAR

16:39 17 May 2018

"Qarabağ"ın futbolçuları Qarabağ bölgəsinə səfər edib.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisinin üzvlərindən Elvin Yuniszadə, İbrahim Şehiç, Maksim Medvedev, Qara Qarayev, Coşqun Diniyev öncə rayonda yerləşən N saylı hərbi hissədə olublar.

 

Futbolçular burada hərbi hissənin komandiri, general-mayor Hikmət Həsənovla görüşüblər. Onlar hərbi hissədəki şəraitlə də tanış olublar. Komanda üzvləri hərbi hissəyə "Qarabağ" forması, top və şarf hədiyyə ediblər. (Report)














Xəbər xətti