Samir Abasov: "Artıq bura mənim üçün deyil"

21:40 20 May 2018

Topaz Premyer Liqasının son turunda evdə "Zirə"yə uduzaraq (1:2) Avropa Liqasından kənarda qalan "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında fikirlərini bildirib. 

 

Sportarena.az xəbər verir ki, Abasov bu matçın "Sumqayıt"ın "sükanı arxasında" son oyunu olduğunu deyib:

 

"Bəlkə də oyuna çox köklənməyimiz bizə mane oldu. "Zirə"nin əvəzetmələri yaxşı alındı. Biz isə görə-görə ki, oyunçular çökür, heç nə edə bilmirdik. Çünki ehtiyatda lazımı səviyyədə oyunçu yoxdu. Əlinin papağını Vəlinin başına qoymaqla məşğul idik. Bu, "Sumqayıt"da son oyunum idim. Komandada nəyisə dəyişəcəyimə ümid etmirəm. Neçə ildi komandanı yaxşılaşdırmağa çalışdıq. Gələ bildiyimiz nöqtə budu. Artıq bura mənim üçün deyil. Reabilitasiya mərkəzinə çevrilmiş komandada nəsə etmək olmur. Getmək vaxtıdı. Avropa Liqasına çıxmadığımız üçün legionerlər də olmayacaq".


Xəbər xətti