Dabo ən yaxşı bombardir oldu

Sportarena.az      22 May 2018, 05:36

"Qəbələ"nin futbolçusu Baqali Dabo Topaz Premyer Liqasında 2017/2018 mövsümünün ən yaxşı bombardiri olub.

 

Sportarena.az xəbər verir ki, o, cari mövsüm 13 qol vurub. Bu gün keçirilən 28-ci turun “Qəbələ” - “Qarabağ” oyunundan (0:1) sonra təşkil olunan mükafatlandırma mərasimində fransalı hücumçuya ən yaxşı bombardir titulu təqdim olunub. O, “Qəbələ”nin tarixində bu uğura imza atan 2-ci futbolçudur. Ötən mövsümdə 11 qol vuran Filip Ozobiç də bombardir adını qazanmışdı.

 

Xatırladaq ki, “Səbail” (5-ci, “Kəpəz” (11-ci tur) və “Səbail”lə (13-cü tur) matçlarda iki qol vuran Dabo “Neftçi” (6-cı tur), “Neftçi” (12-ci tur), “Keşlə” (14-cü tur), “Zirə” (16-cı tur), “Səbail” (17-ci tur), “Keşlə” (20-ci tur) və “Sumqayıt”la (27-ci tur) qarşılaşmaların hərəsində 1 dəfə fərqlənib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin