İbrahimoviç rəqibinə sillə vurdu, meydandan qovuldu - VİDEO

17:06 22 May 2018

ABŞ-ın "Los-Anceles Qelaksi" klubunun ulduzu Zlatan İbrahimoviç Amerikada da sakit dayanmır.
 
Sportarena.az xəbər verir ki, isveçli hücumçu "Monreal İmpakt"la matçda qırmızı vərəqə ilə meydandan qovulub.
 
Buna səbəb İbranın rəqib futbolçu Maykl Petrassonu vurması olub. Belə ki, oyun zamanı kanadalı futbolçu İbrahimoviçin ayağını tapdalayıb. Bundan qəzəblənən Zlatan ona sillə vurub.
 
Baş hakim epizodun videotəkrarına baxdıqdan sonra İsveç millisinin sabiq forvardını meydandan qovub. Petrasso isə sarı vərəqə alıb.
 
Azlıqda qalmalarına baxmayaraq "Los Anceles Qalaksi" "Monreal"ı 1:0 hesabı ilə yenib.


Digər xəbərlər

Xəbər xətti