MY futbolçusunu satır

10:49 24 May 2018

“Mançester Yunayted” mövsümlərarası fasilədə hücumçusu Antoni Marsialla yollarını ayırmağa hazırdı.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin “Deyli Meyl” nəşri yayıb. Ancaq mankunianlar fransalı futbolçunu yerli klublara satmaq fikrində deyil. Marsialın xidmətində İngiltərənin “Çelsi” və “Tottenhem” klubları maraqlıdı.

 

“Qırmızı şeytanlar” futbolçusunu yalnız ölkə xaricindən bir kluba satmaq fikrindədi. Ölkə xaricindən isə İtaliyanın “Napoli” və “Yuventus” klubları Marsialı heyətinə cəlb etməkdə maraqlıdı.

 

22 yaşlı futbolçu Premyer Liqanın son mövsümündə şans qazandığı 30 oyunda 9 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti