"Keşlə" - "Qəbələ" matçının biletləri satışa çıxarıldı

12:02 24 May 2018

Azərbaycan kubokunun finalı çərçivəsində keçiriləcək "Keşlə" - "Qəbələ" matçının biletləri satışa çıxacarılıb.

 

Sportarena.az xəbər verir ki, həlledici görüş üçün biletlər 26 maydan etibarən Qəbələ şəhər stadionunun kassalarında və Qəbələnin müxtəlif nöqtələrində satılacaq.

 

Biletləri Bakıda əldə etmək istəyənlər 24 və 25 may tarixlərində Peşəkar Futbol Liqasına müraciət edə bilərlər. 

 

Qeyd edək ki, biletlərin qiyməti 2, 3, 5 və 30 manatdı.


Digər xəbərlər

Xəbər xətti