AÇ-2020: Bakıda keçiriləcək oyunların vaxtı açıqlandı

18:31 24 May 2018

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarının tarixlərini açıqlayıb.\

 

Sportarena.az xəbər verir ki, AÇ-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Bunlardan 3-ü qrup mərhələsinin, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdı. UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda keçiriləcək A qrupunun 3 oyunu, müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də olacaq.

 

1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.


Xəbər xətti