TFF Arda Turanın cəzası azaltdı

Sportarena.az      24 May 2018, 18:53

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Başakşəhər"in futbolçusu Arda Turanın cəzasını azaldıb.

 

Sportarena.az xəbər verir ki, türk yarımmüdafiəçiyə verilən 16 oyunluq cəza 10-a endirilib.

 

Qeyd edək ki, Türkiyə Superliqasının 32-ci turunda “Sivasspor”la oyunda hakimə qarşı intizamsız hərəkət edən A. Turan 16 oyunluq cəzalanmışdı. 31 yaşlı futbolçuya yan xətt hakimini itəlidiyi üçün 10, onu ölümlə hədələdiyi və təhqir etdiyi üçün isə 6 oyunluq cəza verilmişdi.

 

Əlavə edək ki, A.Turana verilən 39 min lirə cərimədə heç bir dəyişiklik edilməyib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin