"Neftçi"də ayrılıq

10:11 25 May 2018

“Neftçi”ni tərk edəcək daha bir futbolçunun adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, İqnasio Herrera paytaxt klubunu tərk edib. Bu barədə çilili futbolçu “İnstaqram” səhifəsində paylaşım edib.

 

Qeyd edək ki, Herrera “Neftçi”də 2017-ci ilin yanvar ayından çıxış edirdi. 31 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində 48 matç keçirib və 12 qol vurub.


Digər xəbərlər

Xəbər xətti