Qvardiola İskonu istəyir

11:50 25 May 2018

“Real”ın yarımmüdafiəçisi İsko karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, “Mançester Siti” ispan futbolçunun xidmətində maraqlıdır.  “Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola düşünür ki, İsko onun komandası üçün çox faydalı ola bilər. İngiltərə klubu keçid üçün 80 milyon avro ödəməyə hazırdı.

 

Futbolçu özü “Mançester Siti”yə keçməyə razıdır. Çünki “Real”da daim əsas heyətə düşə bilmədiyindən İsko klubunu dəyişmək fikrindədir. 

 

Qeyd edək ki, ispan yarımmüdafiəçi “Real”da ildə 6 milyon avro qazanır. “Mançester Siti”yə keçəcəyi halda, onun qazancı təxminən 2 dəfə artacaq.


Xəbər xətti