İlhan Mansız uzun fasilədən sonra diqqət mərkəzində - FOTOLAR

12:19 25 May 2018

Futbol üzrə Türkiyə millisinin sabiq üzvü İlhan Mansız uzun fasilədən sonra diqqət mərkəzinə düşüb.

 

Sportarena.az xəbər verir ki, keçmiş ulduz futbolçu sevgilisi Selina ilə kameraların hədəfinə tuş gəlib. Cütlük alış-veriş mərkəzlərinin birindən çıxarkən görüntülənib.

 

Qeyd edək ki, İlhan və Selina artıq 3 ilə yaxın müddətdir sevgilidirlər.

 

Əlavə edək ki, 1994-2007-ci illər aralığında "Köln", "Beşiktaş". "Herta" və başqa klubların formasını geyən hücumçu Türkiyə millisinin 21 oyunda formasını geyinib, 7 qola imza atıb.


Xəbər xətti