"Səbail" daha 8 futbolçunu göndərdi

Sportarena.az      25 May 2018, 22:23

“Səbail” daha 8 futbolçusu ilə yollarını rəsmən ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, müqavilələrinin başa çatması ilə əlaqədar olaraq 6 futbolçu - Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahit Orazsahedov, Nurlan Novruzov klubu tərk etməli olublar.

 

Həmçinin qarşılıqlı razılıq əsasında Raul Yaqubzadə və Kərim Diniyevlə də müqaviləyə xitam verilib.

 

Qeyd edək ki, daha öncə bu klubda icarə əsasında çıxış edən Faruk Miya və Yevgeni Koçuk da paytaxt təmsilçisini tərk etmişdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin