Salah final günü oruc tutacaq?

22:58 25 May 2018

“Liverpul”un müsəlman futbolçusu Məhəmməd Salahın Çempionlar Liqasının finalında “Real”la keçirilən oyun günü oruc tutub-tutmayacağı dünya mətbuatının diqqətində idi.

 

Sportarena.az xəbər verir ki, misirli hücumçu bir neçə gün əvvəl verdiyi açıqlamada “Mənə bütün uğurları bəxş edən Allahın əmrlərinə tabe olacam. Oyun günü də oruc tutacam. Buna öyrəşmişəm" demişdi. Lakin “Liverpul”un həkimi Ruben Pons İspaniya mətbuatına açıqlamasında Salahın iki gün – bu gün və sabah oruc tutmayacağını deyib. O, bunu uzun yol və oyunla əlaqələndirib

 

Qeyd edək ki, sabah Kiyev Olimpiya Stadionunda keçiriləcək "Real" - "Liverpul" görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Xəbər xətti