"Barselona" Umtiti ilə bağlı qərar verdi

11:04 26 May 2018

"Barselona" futbolçusu Samuel Umtiti ilə yeni müqavilə imzalamağa qərar verib.

 

Sportarena.az xəbər verir ki, fransalı müdafiəçi ilə danışıqların yaxşı keçdiyi və tərəflər arasında razılığın əldə olunmaq üzrə olduğu bildirilib. Onunla DÇ-2018 başlayana kimi rəsmi müqavilə imzalanacağı gözlənilir. Məlumatı Kataloniya klubunun prezidenti Jozep Bartomeu təsdiqləyib.

 

Qeyd edək ki, Umtiti bundan əvvəl "Barsa"dan yeni müqavilə üçün yüksək məbləğdə maaş istəyirdi. Ancaq sonra o, tələblərini azaltmaqla razılaşıb. Bundan sonra Umtiti ilə danışıqlara başlanıb.


Digər xəbərlər

Xəbər xətti