"Çelsi" və "Yuventus" futbolçularını dəyişir?

15:20 26 May 2018

Maurisio Sarri yaxın vaxtlarda "Çelsi"nin sükanı arxasına keçə bilər.

 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəsis heyətlə bağlı planlarını indidən qurub. Sarri "Napoli"dən yaxşı tanıdığı Qonzalo Hiquaini London klubuna gətirməyi nəzərdə tutub.

 

Potensial transfer üçün "zadəganlar"ın 55 milyon avro xərci çıxa bilər. Alvaro Morata da Juventus-a göndərilə bilər. Həm futbolçu, həm də Turin klubu yenidən qovuşmağa razıdır.

 

Qeyd edək ki, Morata 2014-16-cı illərdə "qoca senyora"nın şərəfini qoruyub. 


Digər xəbərlər

Xəbər xətti