İngiltərədə futbolçular və azarkeşlər hakimi döydülər - VİDEO

17:23 26 May 2018

İngiltərədə həvəskarlar arasında oyunu idarə edən hakim meydana çıxmağına peşiman olub.
 
Sportarena.az xəbər verir ki, həvəskar komandanın futbolçuları və azarkeşlər fit sahibini döyüb. Bu hadisə Londonda Türkiyə ictimaiyyəti Futbol Federasiyasının təşkil etdiyi çempionatın final oyununda baş verib. 
 
Oyun yekunlaşandan sonra oyunçular və fanatlar hakimin üzərinə hücum edib. Hakim qaçmaq istəsə də, futbolçulardan biri onu yerə yıxıb. Daha sonra isə zərərçəkmişi mühasirəyə alaraq döyüblər.
 
Hüquq mühafizə orqanları gələnədək təcavüzkarlar hadisə yerindən qaçıblar. Polis və London Futbol Assosiyası hadisəni araşdırır. 


Xəbər xətti