"Beşiktaş"dan ilk transfer

16:34 26 May 2018

"Beşiktaş" yeni mövsüm öncəsi ilk transferini reallaşdırıb.
 
Sportarena.az xəbər verir ki, "Qara-ağlar" "Eskişehirspor"un 22 yaşlı futbolçusu Dorukxan Toközlə 3 illik müqavilə imzalayıb. Klub "Eskişehirspor"la müqaviləsi bitən futbolçuya əlavə pul ödəməyəcək. 
 
"Eskişehirspor"un aşağı yaş qruplarında yetişən Toköz ötən mövsüm meydana çıxdığı 32 matçda cəmi 1 qola imza atıb. Futbolçu müdafiənin sağında və mərkəzində oynaya bilir


Digər xəbərlər

Xəbər xətti