Bekhemin xanımı niyə gülmür? - FOTOLAR

Sportarena.az      27 May 2018, 22:41

Sonuncu dəfə əri Devid Bekhemlə Şahzadə Henrinin toyunda görüntülənən Viktoriya Bekhemin ciddi üz ifadəsi ilə verdiyi pozalar mətbuatda dərc edilib. 

 

Sportarena.az xəbər verir ki, dostları ilə qatıldığı tədbirdə, əyləncəli məkanlarda həmişə sərt görünüşdə olan Viktoriyanın gülmədiyinin səbəbi hər kəsi maraqlandırmağa başlayıb. 

 

Yaxın tarixə nəzər salsaq moda ikonası və dizayner 3 il bundan əvvəl “Vogue” jurnalına mövzu ilə bağlı açıqlama vermişdi. O, daxilən güldüyünü söyləmişdi. Həmin dövrdə modelyerin dişləri ilə bağlı kompleksinin də olduğu iddia edilmişdi. 

 

Lakin Viktoriya bu şayiələrə son qoymaq üçün Ceyms Corderin aparıcılıq etdiyi “The Late Late Show” proqramına qatılıb. Bekham deyib ki, moda onun gülüşünü yox edib:

 

“Bu mövzuda mənə çox sual verirlər, hamı müzakirə edir. İnsanlar mənim çox acınacaqlı vəziyyətdə olduğumu düşünürlər. Moda mənim gülüşümü oğurlayıb, yox edib”. 




 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin