Qriqorçuk: "Final klubumuz üçün tarixi əhəmiyyət daşıyır"

10:28 28 May 2018

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk ölkə kubokunun finalı haqda danışıb.

 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis matçı səbirsizliklə gözlədiklərini bildirib:

 

“Final adı ozü artıq hər şeyi deyir. Biz bu oyunu səbirsizliklə gözləyirik. Çünki bu oyun bizim üçün, klubumuz üçün çox böyük əhəmiyyət daşıyır. Tarixi əhəmiyyət. Çünki “Qəbələ” üçün ilk trofey əldə edə bilərik”.


Xəbər xətti