Karateçilərimiz gümüş medal qazandı

Sportarena.az      28 May 2018, 16:52

Azərbaycanın gənc karateçilərdən ibarət milli komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ilk liqa turnirini bir medalla başa vurub. 

 

Sportarena.az xəbər verir ki, yığma üzvlərindən Polina Qurenko (59 kq) nüfuzlu yarışın gümüş medalına sahib olub. Finaladək beş görüşdə xal buraxmayan ukraynalı legioner Asiya çempionu, yaponiyalı Rufi Fujita ilə həlledici görüşdə də qələbəyə yaxın olub. Lakin qarşılaşmanın sonlarında Qurenko zədələnərək döyüşü dayandırmalı olub. O, gümüş medalla yanaşı, oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə yeniyetmələr arasında keçiriləcək III Yay Olimpiya Oyunlarına lisenziya xallarını artırmağa müvəffəq olub. 

 

Yarışa yollanan digər 9 idmançı isə mükafatsız qalıb. Sofiyada gənclər liqasında rekord sayda - 72 ölkədən 1878 karateçi mübarizə aparıb. Azərbaycan yığması turnirdə Gənclər və İdman nazirliyinin dəstəyi ilə iştirakedib. 

 

Yeniyetrmələr olimpiadasına lisenziya xarakterli növbəti turnir iyunun sonlarında Xorvatiyada keçiriləcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin