La Liqanın daha bir sakini müəyyənləşdi

17:32 28 May 2018

İspaniya La Liqasının növbəti mövsümündə çıxış edəcək daha bir klub bəlli olub.

 

Sportarnea.az xəbər verir ki, Sequndanın 41-ci turunda “Luqo”nu 1:0 hesabıyla məğlub edən “Rayo Valyekano” liderliyə yüksəlib. “Qırmızı-ağlar” bitimə bir tur qalmış La Liqaya vəsiqəni təmin edib. Bu qələbə ilə hesabındakı xalların sayını 76-ya yüksəldən Madrid təmsilçisi 2 illik fasilədən sonra yüksək liqaya qayıdıb.

 

Xatırladaq ki, La Liqaya ilk vəsiqəni “Hueska” qazanıb.


Digər xəbərlər

Xəbər xətti