Stiven Monroz: "Məğlubiyyətin səbəbləri haqda danışmaq mənə ağırdır"

Sportarena.az      29 May 2018, 13:07

“Çətin oyun oldu. “Keşlə” yaxşı komandadır və bizə ciddi müqavimət göstərdi. Təəssüf ki, uduzduq. Amma bu həyatdır, hər şey ola bilər”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri ölkə kubokunun finalının “Keşlə” ilə oyunundan (0:1) sonra “Qəbələ”nin yarımmüdafiəçisi Stiven Monroz jurnalistlərə açıqlamasında deyib.

0:1 hesablı məğlubiyyəti şərh edən futbolçu bunları söyləyib:“Bərabər səviyyəli oyun keçdi. Bizim də təhlükəli epizodlarımız oldu. Kuboka çox yaxınlaşmışdıq. Amma hər şeyi 1 qol həll etdi. Bütün komanda şokdadır, hamımıza çətindir. Məğlubiyyətin səbəbləri haqda danışmaq mənə ağırdır. Niyə belə olduğunu bilmirəm. Hamımız meydanda bütün gücümüzlə oynadıq,amma nəticədə “Keşlə” qələbə qazandı. Bu oyundan sonra evə istirahətə yollanacam. Sonra isə Avropa Liqasının seçmə mərhələsinə hazırlıq olacaq”.

 

Monroz “Qəbələ”dəki gələcək taleyinə də toxunub: “Komandadakı gələcəyimlə bağlı hər hansı problem görmürəm. Azərbaycanda qalacam. “Qəbələ” ilə davam edən müqaviləm var və sonuna qədər oynamaq istəyirəm. Bu komandada çıxış etmək xoşuma gəlir”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin