“Keşlə” Avropa Liqasında mübarizəyə neçənci mərhələdən qoşulacaq?

14:09 30 May 2018

Son Azərbaycan kubokunun qalibi “Keşlə” Avropa Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.

 

Sportarena.az xəbər verir ki, turnirin reqlamentinə əsasən, UEFA-nın reytinq siyahısında 19-25-ci pillələrdə qərarlaşmış 7 ölkənin kubok qalibləri yarışa 2-ci təsnifat mərhələsindən qatılacaq. Bu da o deməkdi ki, reytinq siyahısında 23-cü pillədə qərarlaşmış Azərbaycanın kubok qalibi “Keşlə” də AL-da mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.

 

Xatırladaq ki, Yuri Maksimovun komandası kubokun finalında “Qəbələ”ni 1:0 hesabıyla məğlub edərək, tarixi ərzində ilk dəfə bu titula yiyələnib.


Digər xəbərlər

Xəbər xətti