Almaniya millisinin düşərgəsində ara qarışdı - FOTOLAR

Sportarena.az      30 May 2018, 17:14

Almaniya milli komandasının üzvləri arasında məşq zamanı mübahisə düşüb.

 

Sportarena.az xəbər verir ki, müdafiəçilər - "Bavariya"nın üzvü Coşua Kimmix və "Çelsi"nin futbolçusu Antonio Rüdiger mübahisə edib. Kəllə-kələyə gələn futbolçuları məşqçilər korpusunun üzvü Miroslav Kloze çətinliklə sakitləşdirib.

 

Mübahisəyə səbəb Rudigerin ikitərəfli oyun zamanı Kimnixə qarşı arxadan sərt oynaması olub. Mübahisə zamanı futbolçular bir-birilərinə başla zərbə endirdiklərindən, "Bavariya"lı alınandan yüngül xəsarət alıb.

 

Baş verən insidentdən sonra baş məşqçi Yoahim Löv futbolçularla ciddi şəkildə söhbət edib və onlara xəbərdarlıq edib.

 

Qeyd edək ki, Almaniya millisi Rusiyada keçiriləcək dünya çempionatında Meksika, İsveç və Cənubi Koreya ilə eyni qrupda yer alacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin