Hakan Şükür Azərbaycanı təbrik etdi: "Sonsuza qədər müstəqil və qardaş olmaq diləyi ilə" - FOTO

21:12 30 May 2018

Türkiyə millisinin sabiq üzvü Hakan Şükür Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə xalqımızı təbrik edib.

 

Sportarena.az xəbər verir ki, veteran hücumçu bununla bağlı "Tvitter" hesabında yazıb:

 

"Tək millət, iki dövlət, qardaş ölkə. Can Azərbaycanın 100 illik yubileyini təbrik edirəm. Sonsuza qədər müstəqil və qardaş olmaq diləyi ilə".

 

Qeyd edək ki, FETÖ terror qruplaşmasının üzvü kimi ittiham olunan Hakan Şükür  ABŞ-da yaşayır.

 



Xəbər xətti