Şumuditsadan qəribə açıqlama: "Neftçi"nin təklifini rədd etməmişəm"

11:25 1 İyun 2018

Tərlan Əhmədovla yolları ayıran "Neftçi" bu vəzifəyə yeni baş məşqçi axtarır.

 

Sportarena.az xəbər verir ki, bir meçə gün əvvəl "Neftçi"dən təklif aldığını açıqlayan məşhur rumıniyalı çalışdırıcı Marius Şumuditsa "ağ-qaralar"ı rədd etmədiyini deyib. Son olaraq "Kayserispor"da işləyən 47 yaşlı mütəxəssis sabah danışıqlar aparacağını deyib:

 

"Neftçi"nin təklifinə rədd cavabı verməmişəm. Sabah Buxarestdə onlarla görüşüm olacaq. Onların tələbləri mənim üçün önəmlidir. Azərbaycanda böhrandır və paytaxt Bakı sensasiyalı şəhərdir. Texniki heyətimdə dörd nəfər var və onlarla yolları ayırmaq istəmirəm. Onların da büdcəsi yoxdur".

 

Qeyd edək ki, Şumuditsa daha əvvəl açıqlama verərək, "Neftçi"nin büdcəsi aşağı olduğu üçün klubun təklifini rədd etdiyini bildirmişdi.


Digər xəbərlər

Xəbər xətti