Tərlan Əhmədovdan mesaj: "Etdiyin əməllər kişiliyə xas deyilsə..." - FOTO

12:46 1 İyun 2018

Klub rəhbərliyinin yolları ayırmağa qərar verdiyi Tərlan Əhmədov susqunluğunu pozub.
 
Sportarena.az xəbər verir ki, "Neftçi”nin sabiq baş məşqçisi dünəndən bəri mətbuatdan yan qaçsa da, sükut pozulub. Mətbuatın suallarından yayınan Tərlan bəy baş verənlərə münasibətini üstüörtülü şəkildə və sosial şəbəkədə bildirib. Onun adına açılmış "feysbuk” səhifəsindən dünən gecə maraqlı sözlər dolu paylaşımlar edilib.
 
"Danışan şəkillər”dəki bəzi kəlamları sizə təqdim edirik:
 
"Gözəl sözlər danışanlara inanmayın. O adamlara inanın ki, onlar susur və gözəl işlər görürlər” – Ömər Xəyyam.
 
"Şərəfsizliyin insan üzərinə yağış kimi yağdığı zamanda islanmamaq üçün quru qalmaqdır "kişilik”.
 
"İkiüzlü insanlara elə alışmışıq ki, qarşımıza təmiz adam çıxanda da özümüzə "görəsən niyyəti nədir” sualını veririk”.
 
"Etdiyin əməllər kişiliyə xas deyilsə, şalvar geyinsən də, dizinə qədər saqqal buraxsan da, yenə də kişi sözü sənə haramdı, əmin ola bilərsən!”



Digər xəbərlər

Xəbər xətti