40 gün sonra təsdiqini tapan xəbər

16:25 1 İyun 2018

Roman Qriqorçukun "Qəbələ"nin baş məşqçi postundan istefa verdiyi barədə məlumat vermişdik. Ukraynalı mütəxəssisin işsiz günləri elə də çox çəkməyib. "Qırmızı-qaralar"dan titulsuz ayrılan çalışdırıcı artıq özünə yeni iş yeri tapıb. O, bu gün "Astana" ilə müqavilə imzalayıb.

 

Qriqorçukun "Qəbələ"dən ayrılma səbəbi ölkə kubokununun finalında "Keşlə"yə məğlub olaraq mövsümü titulsuz başa vurması idi. Əyalət təmsilçisi üçün bu məğlubiyyəti acılı edən məqam görüşün Qəbələ şəhər stadionunda keçirilməsi idi. Azarkeşlərin də tələbi ilə klub rəhbərliyi ukraynalı mütəxəssisin başa çatan müqaviləsinin müddətini uzatmadı. 53 yaşlı məşqçinin özü də görüşdən sonra keçirilən brifinqdə istefa verdiyini açıqladı.

 

Əslində Qriqorçukun istefası daha əvvəl də reallaşa bilərdi. Bu barədə özəl xəbər də dərc etmişdik.

 

Ukraynalı potundan mayın 28-də deyil, daha tez - aprelin 18-də göndərilə bilərdi. Ancaq onun komandası ölkə kubokun 1/2 final mərhələsi çərçivəsində keçirilən "Neftçi" ilə cavab görüşündə ilk oyundakı yenilginin əvəzini (1:2) çıxa bilmişdi. 3:1 hesablı səfər qələbəsi Qriqorçuku postunda saxlamışdı. Əks halda isə, onu yerli məşqçi əvəzləyəcək və heyətdəki legionerlərdən əksəri komandadan göndəriləcəkdi.

 

Ancaq finala vəsiqə bu məsələni arxa plana salsa da, unutdura bilmədi. Kubokun finalındakı məğlubiyyət klubun rəhbərliyini və azarkeşləri özündən çıxardı. Nəticədə ilk addım atıldı - Roman Qriqorçuk istefaya göndərildi. Ardınca planın növbəti mərhələləri icra edildi.

 

Ukraynalı mütəxəssis 2015-ci ildən çalışdığı "Qəbələ" ilə Premyer Liqada 2 dəfə gümüş (2016/17, 2017/18), 2 dəfə bürünc (2014/15, 2015/16) medal qazanıb. Qriqorçuklu komanda 2 dəfə kubokun finalına (2016/17, 2017/18) vəsiqə qazansa da, kuboka sahib çıxa bilməyib. Onun rəhbərliyi altında 3 dəfə UEFA Avropa Liqasında çıxış edən “Qəbələ” 2015/16 və 2016/17 mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib.

 

Komanda isə gənc mütəxəssis, komandaya yaxından bələd olan və Qriqorçukun köməkçisi postunda çalışmış Sənan Qurbanova tapşırıldı. O təyinatı reallaşan kimi 3 futbolçu - Famusso Kone, Ruslan Qurbanov və Vitali Vernidubla yolların ayrılması barədə qərar qəbul etdi. Ayırlılqların davam edəcəyi, "Qəbələ"nin yenidən formalaşdırılacağı gözlənilir.

 

Bizim aprelin 17-də Qriqroçukun postundan ayrılacağı barədə verdiyimiz xəbər isə 40 gün yubanma ilə olsa belə, öz təsdiqini tapdı.


Xəbər xətti