"Keşlə" Avropa Liqası üçün hansı stadionu seçdi?

16:43 1 İyun 2018

2018/19 mövsümündə ölkəmizi Avropa Liqasında təmsil edəcək “Keşlə” ev oyunlarını keçirmək üçün UEFA-ya stadion sifariş edib. 
 

Sportarena.az xəbər verir ki, paytax təmsilçisi “Dalğa Arena”da oynayacaq.

 

Qeyd edək ki, “Keşlə” ötən mövsümdə də avrokubok oyunlarını bu arenada keçirmişdi. Buna səbəb komandanın ev oyunlarını keçirdiyi “İnter Arena”nın ot örtütünün standartlara cavab verməməsi idi.


Xəbər xətti