Qazaxıstanın baş məşqçisi: "Azərbaycan millisi ağıllı futbol oynayır"

17:30 1 İyun 2018

“Yaxşı ki, futbolçularımız sağlamdır. İndi hansı səviyyədə olduğumuzu bilmək üçün bir fürsətdir. Bu oyun Millətlər Liqasına hazırlıq üçün vacib mərhələdir. Ümid edirəm ki, millidəki futbolçular avrokuboklarda yaxşı çıxış edəcək. Bu, yığma üçün də müsbət haldır".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Qazaxıstan millisinin baş məşqçisi Stanimir Stoilov yığmamızla keçiriləcək yoldaşlıq oyunu haqda danışarkən deyib. Bolqarıstanlı mütəxəssis yığmamızla bağlı da fikirlərini bildirib:

 

"Azərbaycan millisi kombinasiyalı, ağıllı futbol oynayır. Orada futbolu inkişaf etdirmək istəyirlər. Oyunçularımız bilməlidir ki, ölkənin şərəfinə sonadək mübarizə aparmaq lazımdır. Biz həm oyunumuzu inkişaf etdirməli, həm də nəticə qazanmalıyıq". 


Stanimir Stoilov “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun  onun əvvəlki komandası “Astana”ya baş məşqçi təyinatına da münasibət bildirib:

 

“Astana”nın yeni baş məşqçisini təbrik edirəm. Arzu edirəm ki, “Astana”nın səviyyəsini qaldırsın. Qriqorçukun böyük avrokubok təcrübəsi var. Ümidvaram ki, bizim uğurlarımızı davam etdirəcək”.

 

Qeyd edək ki, Qazaxıstan - Azərbaycan oyunu iyunun 5-də Astanada keçiriləcək.


Xəbər xətti