İspaniya kubokunun formatı dəyişdirildi

15:31 2 İyun 2018

2019/2020 mövsümündən başlayaraq İspaniya kuboku fərqli formatda keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniya Kral Futbol Federasiyası yayıb. Komandalar 1/4 finala qədər cəmi bir dəfə üz-üzə gələcəklər. Yalnız 1/4 final və yarımfinal qarşılaşmalarında komandalar ev-səfər sistemi ilə mübarizə aparacaqlar.

 

Hazırkı formata görə, komandalar 1/16 final mərhələsindən başlayaraq 2 oyundan sonra qalibi müəyyənləşdirirlər.


Digər xəbərlər

Xəbər xətti