"Qarabağ"dan ikinci transfer

17:16 2 İyun 2018

“Qarabağ” bu gün ikinci transferini rəsmiləşdirib.

 

 

Sportarena.az xəbər verir ki, Azərbaycam çempionu gənc futbolçu Rahil Məmmədovu heyətinə qatıb. Millimizin də üzvü olan 23 yaşlı mərkəz müdafiəçisiylə 3 illik müqavilə imzalanıb.

 

Peşəkar karyerasına 2014/15-ci illər mövsümündə “Neftçi”də başlayan Məmmədov geridə qalan mövsümün qış fasiləsində icarə əsasında “Səbail”ə keçib. Rahil “Neftçi” formasıyla 43, “Səbail”in heyətində isə 13 dəfə meydanda olub. Müxtəlif yaş qrupları üzrə milli komandalarda çıxış etmiş müdafiəçi bu ildən etibarən 2 dəfə əsas yığmamıza dəvət alıb. Bu, "Qarabağ"da da baş məşqçisi olacaq Qurban Qurbanovun vaxtında olub. 

 

Qeyd edək ki, "Qarabağ"ın ilk transferi "Qəbələ"ylə müqaviləsi bitən xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiç olub. 


Digər xəbərlər

Xəbər xətti