Dodo "Qəbələ"yə qayıtmaq istəyir?

12:21 3 İyun 2018

Braziliyalı futbolçu Luis Paulo Hilario "Qəbələ"yə qayıtmaq istəyir.

 

Sportarena.az xəbər verir ki, Dodo ləqəbiylə tanınan yarımmüdafiəçi "Facebook"dakı şəxsi səhifəsində bu haqda status paylaşıb. O, uzun illər kapitanı olduğu "qırmızı-qaralar"ın uğurları üçün yenidən çalışmağa hazır olduğunu bəyan edib:

 

"Qəbələ"yə dönmək istəyirəm. "Red Black Army" azarkeş qrupununun fəal üzvləri məni dəstəkləyirlər. Qardaşlarımla yenidən eyni evdə olmaq istəyirəm. Hazırkı klububla müqaviləm bitib. Hazırda sərbəst futbolçuyam. Belədirsə, "Qəbələ"yə qayıtmağa hazıram". 


Digər xəbərlər

Xəbər xətti