"Neftçi" ilə bağlı şok iddia: Stramaççoni ilə danışıqlar başlayıb

17:35 4 İyun 2018

Tərlan Əhməvoun gedişindən sonra "Neftçi"yə gələcək baş məşqçi haqda iddialar irəli sürülüb. 
 
Sportarena.az xəbər verir ki, paytaxt klubunun Milanın "İnter" və Praqanın "Sparta" klublarında çalışmış Andrea Stramaççonni ilə maraqlandığı deyilir.  Bu barədə İtaliyanın "Corrierre Dello Sport" saytı məlumat yayıb. 
 
Xəbərə görə, artıq Bakı klubunun rəsmiləri mart ayında Çexiya klubundan istefaya göndərilən 42 yaşlı mütəxəssislə danışıqlara başlayıblar. 
 
Qeyd edək ki, Andrea Stramaççoni "Neftçi"ni yaxından tanıyır. Belə ki, "Neftçi" Avropa Liqasının qrup mərhələsində çıxış edəndə, o, "İnter" klubuna başçılıq edirdi. Bu komandalar arasında görüşlərin biri 2:2 hesabı ilı, digəri ilə "İnter"in 3:1 hesablı qələbəsi ilə başa çatıb. 


Xəbər xətti