Ehtiram Şahverdiyev: "Heç-heçə də pis nəticə deyil"

18:10 4 İyun 2018

 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri Ehtiram Şahverdiyev və Qismət Alıyev Qazaxıstan millisi ilə oyunla bağlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, AFFA-nın saytına açıqlamasında futbolçular bunları deyib:

 

Ehtiram Şahverdiyev: “Yaxşı oyun oldu. Rəqib də güclü idi. Həm texniki cəhətdən yaxşı oynayırdılar, həm də pressinq tətbiq edirdilər. Biz də çalışırdıq ki, baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirək, düzgün oynayaq. Düzdü, yoldaşlıq oyununda nəticədən daha çox oyun vacib idi. Amma qələbə qazanmaq istəyirdik. Bununla belə, heç-heçə də pis nəticə deyil. Komanda olaraq, yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm. Ancaq gələcəkdə səhvlərimizi düzəldib, daha da yaxşı oynayacağımıza inanıram”.

 

Qismət Alıyev: “Təlim-məşq toplanışı yeni başlamışdı. Yaxşı hazırlaşmışdıq və məşqçinin dediklərini etməyə çalışırdıq. Pis oynamadığımızı düşünürəm. Qələbə də qazana bilərdik, sona yaxın qol buraxdıq. Amma hər iki komanda üçün yaxşı oyun oldu. Qarşıda hələ bir oyunumuz da var. Macarıstan yığması ilə qarşılaşmaya daha da səylə hazırlaşaraq, yaxşı nəticə qazanmaq istəyirik”.

 

Qeyd edək ki, Millimiz Qazaxıstan yığması ilə görüşdən 1:1 hesablı nəticə ilə ayrılıb.


Digər xəbərlər

Xəbər xətti