UEFA Qvardiolanı cəzalandırdı

Sportarena.az      5 İyun 2018, 14:36

UEFA "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanı cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, buna onun Çempionlar Liqasının 1/4 finalında "Liverpul"la cavab oyununda (1:2) hakimə qarşı etdiyi hərəkət səbəb olub. UEFA biri şərti olmaqla, 47 yaşlı mütəxəssisə iki oyunluq şərti cəza tətbiq edib. Qvardiola bir mövsüm ərzində eyni hərəkəti edəcəyi təqdirdə, şərti cəza  qüvvəyə minəcək.

 

Qeyd edək ki, o, "Liverpul"la matçın birinci hissəsi bitdikdən sonra meydançaya daxil olaraq hakim Mateu Laosa futbolçusu Leroy Sanenin qolunu qeydə almadığı üçün  narazılığını bildirib. Hakimə qışqıran baş məşqçi texniki zonadan uzaqlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin