"Real" baş məşqçi tapa bilmir

14:55 5 İyun 2018

Zinəddin Zidanın istefasından sonra baş məşqçi axtarışlarına çıxan “Real” hələ ki, üz tutduğu mütəxəssislərdən müsbət cavab ala bilmir.

 

Sportarena.az xəbər verir ki, “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri də “Real”ın təklifini qəbul etməyib. O, “Yuve”də işləmək istədiyini bildirib.

 

Belə olan təqdirdə, “Real” “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettino ilə yenidən danışıqlar aparmağı planlaşdırır. “Kral klubu” argentinalı mütəxəssisə daha əvvəl müraciət etsə də, o, “Tottenhem”i tərk etmək istəmədiyini bildirmişdi.


Digər xəbərlər

Xəbər xətti