İspaniya klubu Dani Kintana ilə danışıqlara başladı

11:02 6 İyun 2018

"Qarabağ"ın futbolçusu Dani Kintana karyerasını ölkəsi İspaniyada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, "Las Palmas" 31 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Onunla artıq danışıqlara başlanılıb.

 

Kintananın Ağdam təmsilçisi ilə müqaviləsi iyunun 30-u başa çatır.

 

Qeyd edək ki, "Las-Palmas" ötən mövsüm La Liqada çıxış edib.Komanda 19-cu yeri tutduğu üçün elitanı tərk edib.


Digər xəbərlər

Xəbər xətti