Millimiz “Dördlər finalı”na çıxa bilmədi

10:29 7 İyun 2018

Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Qızıl Avropa Liqasında mübarizəni dayandırıb.

 

Sportarena.az xəbər verir ki, komandamız qrup ikinciləri arasında ən yaxşı göstəriciyə sahib idi. Ancaq Macarıstan “Dördlər finalı”nın ev sahibi olduğu üçün yarımfinala yüksəlib. Buna sözügedən komandanın son turda B qrupunun lideri Finlandiyaya məğlubiyyəti səbəb olub. Halbuki, macarlar 3:0 və ya 3:1 hesabıyla qalib gəlsəydilər, qrup lideri olacaqdılar, Finlandiya isə qrup ikincisi olacaqdı və mübarizəni dayandıracaqdı.

 

Beləliklə, “Dördlər finalı”nda Macarıstanla yanaşı, qrup liderləri - Bolqarıstan (A qrupu), Finlandiya (B qrupu) və Çexiya (C qrupu) mübarizə aparacaq.

 

Qeyd edək ki, “Dördlər finalı” 14-16 iyunda Budapeştdə təşkil olunacaq.


Digər xəbərlər

Xəbər xətti