Sevgilisi Kariusu tərk etdi - Bezdiyinə görə

14:28 7 İyun 2018

Çempiyonlar Liqasının finalında etdiyi səhvlər sonrası qapısında gördüyü qollara görə ölümlə təhdid edilən "Liverpul"un çərçivə qoruyucusu Loris Kariusu sevgilisi - İngilis model Lant Rose Koçran-Stak tərk edib.

 

Sportarena.az xəbər verir ki, ingilis polisi təhdidlər sonrası araşdırmalara başladıqlarını açıqlasa da, Kariusa bir zərbə də sevgilisindən gəlib. İngilis model Kariusa gələn təhdidlərdən cana yığılıb, münasibətlərini bitirmək qərarı verib.

 

Qeyd edək ki, "Real" ÇL-in finalında "Liverpul"a 3:1 hesabı ilə qalib gələrək, Zidanın rəhbərliyi altında ardıcıl 3-üncü dəfə qitənin ən güclüsü oldu.


Digər xəbərlər

Xəbər xətti