"Neftçi"dən Roberto Bordin açıqlaması

19:57 7 İyun 2018

Son günlər mətbuatda “Neftçi”nin yeni baş məşqçisi nin Roberto Bordin olacağı barədə məlumatlar yayılıb.

 

Sportarena.az xəbər verir ki, İtaliya mətbuatı bu ölkədən olna mütəxəsisin "ağ-qaralar"la 2 illik razılıq əldə etdiyi və 8 iyunda tərəflər arasında rəsmi müqavilə imzalanacağı barədə yazmışdı.

 

Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub rəsmisi son iş yeri Moldovanın “Şerif” komandası olan mütəxəssislə danışıqlar apardıqlarını təsdiqləsə də, razılığın hələ əldə olunmadığını söylədi:

 

"Roberto Bordinlə danışıqlar aparırmağımız doğrudu. Ancaq anlaşma olmayıb. Klub rəhbərliyi ilə Bordinin meneceri arasında danışıqlar yazışma şəklində davam edir. Əgər müqavilənin şərtləri ilə bağlı bu gün razılıq əldə edilərsə, Roberto Bordini Bakıya dəvət edib sabah müqavilə imzalaya bilərik".

 

"Neftçi" rəhbərliyi rumıniyalı Marius Şumuditsanın da xidmətində maraqlı idi. "Onunla da paralel olaraq danışıqlar aparırlırmı" sualına Rüstəm Allahverdiyev belə cavab verdi:

 

"Marius Şumuditsa ilə bağlı məsələ dondurulub. Hazırda klub rəhbərliyi diqqətini Roberto Bordin ilə danışıqlara yönəldib".

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti