Sabiq "Bakı"lı Super Liqa klubunda

11:58 10 İyun 2018

Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi vaxtilə Azərbaycanda da çalışmış Bülənt Qorxmaza tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, bir müddət öncə istefa vermiş Hamza Hamzaoğlunu bu postda məhz “Bakı”nın sabiq baş məşqçisi əvəz edəcək.

 

Məşqçiliyə futbolçu karyerasını həsr etdiyi "Qalatasaray"da başlayan 50 yaşlı türkiyəli mütəxəssis vətənində "Karabükspor", "İstanbul BB", "Kayseri Ərciyyəspor", "Mersin İdman Yurdu"nda işləyib. O, 2 il öncə Mersin təmsilçisindən gedəndən sonra heç bir klubda işləməyib.

 

Xatırladaq ki, Qorxmaz 2009/10 mövsümündə 6 ay "Bakı"nın baş məşqçisi olub.

 

“Antalyaspor” Super Liqanın geridə qalan mövsümünü 18 komanda arasında 14-cü pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti