Heydər Əliyev kubokunun açılış mərasiminin vaxtı məlum oldu

16:21 10 İyun 2018

Bu il Naxçıvan Muxtar Respublikasında növbəti “Heydər Əliyev Kuboku” turniri təşkil ediləcək.

 

Sportarena.az xəbər verir ki, ardıcıl 3-cü ildi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Peşəkar Futbol Liqası tərəfindən keçirilən yarışın açılış və bağlanış mərasimi xüsusi günə təsadüf edəcək.

 

Tədbir 15 iyun - Milli Qurtuluş Gününə təyin edilib (saat 17:30). Açılış mərasimində Elton və Cənubi Azərbaycanda çox tanınan Əli Pormehr iştirak edəcək. Eyni zamanda, müxtəlif səhnələrdən ibarət açılış mərasimi təşkil olunacaq. 

 

Turnirdə yerli “Araz Naxçıvan”la yanaşı, MOİK, “Zaqatala” və “Şüvəlan” klubları iştirak edəcəklər.


Digər xəbərlər

Xəbər xətti