"Real"dan Neymar üçün fantastik təklif

18:41 10 İyun 2018

"Real"ın PSJ-nin hücumçusu Neymar üçün fantastik təklif göndərib.
 
Sportarena.az xəbər verir ki, "Real"ın prezidenti Florentino Peres Braziliya millisinin liderinin keçidi müqabilində qarşı tərəfə 350 milyon avro ödəməyə hazır olduğunu bildirib. Paris təmsilçisi ilə müqavilə müddəti 2022-ci ilə qədər olan Neymar özü də İspaniyaya qayıtmaqda maraqlıdı. Neymar üçün illik 45 milyon avro maaş təklif olunur.
 
Qeyd edək ki, Neymar ötən mövsüm PSJ-nin heyətində keçirdiyi 30 oyunda 29 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb. Paris klubu onu ötən il "Barselona"dan 222 milyon avroya transfer edib.


Digər xəbərlər

Xəbər xətti