"Zirə" yeni mövsümə necə hazırlaşacaq?

14:31 11 İyun 2018

Növbəti mövsümə hazırlaşan “Zirə”nin yay fasiləsindəki planları bəlli olub. 

 

Sportarena.az xəbər verir ki, “qartallar” iyunun 22-də Bakıda bir araya gələcək. Komanda hazırlığın ilk mərhələsini paytaxtda keçirəcək. İyulun 15-nə kimi davam edəcək toplanışda iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Qəsəbə təmsilçisi ayın 7-də əvəzediciləri, 14-də isə “Sabah”la qarşılaşacaq.

 

Ayın 16-da istirahətə buraxılacaq “Zirə” bir gün sonra Türkiyəyənin Bolu şəhərinə yola düşəcək. Komanda burda “Koru” oteldə məskunlaşacaq. İyulun 29-na kimi qonşu ölkədə məskunlaşacaq “qartallar” 4 yoxlama matçı keçirəcək. Qarşılaşmaların iyulun 18, 21, 24, 28-də keçirilməsi nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti