Əfran İsmayılovun yeni klubu məlum oldu

16:32 11 İyun 2018

Dörd futbolçu ilə müqavilə yeniləyən “Sumqayıt” 2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “kimyaçılar” ötən mövsümü “Qarabağ”da keçirmiş Əfran İsmayılovla bir illik müqavilə imzalayıb.

 

Əfran yeni komandasında 22 nömrəli formada çıxış edəcək.

 

Əfran İsmayılov “Qarabağ”dan (163 oyun, 22 qol) başqa, “Turan” (10 oyun, 2 qol), “Bakı” (17 oyun, 8 qol), “Xəzər Lənkəran” (11 oyun, 1 qol) və “İnter”in (10 oyun, 3 qol) formasını geyinib.

 

2010-cu ildə milli komandada debüt oyununu keçirən futbolçu 38 qarşılaşmada 5 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti