"Neftçi"də 3 yeni müqavilə

16:46 11 İyun 2018

Ötən mövsüm "Neftçi”nin heyətində çıxış edən üç futbolçu ilə müqavilə yenilənib.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar”ın kapitanı Ruslan Abışov 2 il, Məhəmməd Mirzəbəyov isə daha 1 il ağ-qara formanı geyinəcək. Ukraynalı arxa xətt oyunçusu Kiril Petrovla isə müqavilə 1+1 il müddətinə artırılıb.

 

Ötən mövsüm Abışov 30 oyunda 5 qol, Petrov 24 görüşdə 1 qol vurub. Mirzəbəyov isə 23 oyunda meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti